ABŞ Çinə qarşı mübarizəyə dəstək verəcək | "Təxribata uğrayan ölkələr Çinə qarşı tək olmayacaq"
Pentaqon katibi Pit Heqset Çini təcavüzdə və Cənubi Çin dənizi sahilindəki ölkələrin suverenliyinə hörmətsizlikdə ittiham edərək Pekinin təhdidlərinə birgə cavab vermək üçün Cənub-Şərqi Asiya dövlətlərinə texnologiya dəstəyi verəcəyini vəd edib.
Bu barədə "Reuters" xəbər verir.
Pit Heqset Avstraliya, Yaponiya və Filippin də daxil olmaqla müttəfiqlərlə çoxtərəfli görüşlər keçirib.
Danışıqlar zamanı o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının müdafiə nazirlərinə Çinə qarşı çıxmaq üçün dəniz sahəsinə dair ümumi anlaşma sistemi yaratmağı təklif edib:
"Siz Çinin təcavüzü və Cənubi Çin dənizində, həmçinin başqa yerlərdəki hərəkətləri səbəbindən hamımızın üzləşdiyi təhlükələrin ortasında yaşayırsınız".
O, ABŞ-nin innovasiyaları genişləndirmək üçün unikal qabiliyyəti olduğunu qeyd edərək Çin təhdidlərinə birgə cavab vermək üçün bu ölkələri texnologiya ilə təmin edəcəyinə söz verib.
Pit Heqset əmin edib ki, təxribatlarla üzləşən ölkələr Çinlə qarşıdurmada tək olmayacaq.
#ABŞ teqi istifadə olunub
- ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib
- Tramp FIFA Sülh Mükafatına layiq görüldü
- Stiv Uitkoff ilə Rusiya Prezidenti arasında görüş necə keçib? - Baku TV CANLI
- Supergüclərin sensasiyalı “sülh oyunu” | Rusiya-ABŞ danışıqlarından sonra nə baş verəcək? - Baku TV
- Putinin köməkçisindən açıqlama
