ABŞ-də qalmaqallı hadisə | Bu ştat ABŞ-dən ayrılır?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Texas ştatı müstəqil dövlət olmaq istəyir. Bu barədə "Nyusvik" jurnalı məlumat yayıb.
Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dən ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.
“Texit” hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-də başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.
Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
