Pleyeri seçin:
ABŞ-dən İrana ağır zərbə | Kəndlərdə vəziyyət pisləşib - Baku TV
ABŞ İranın Cask şəhərindəki Bunci duzsuzlaşdırma qurğusunu hədəfə alıb.
Hörmüzqan Su Şirkəti Cask rayonunun qərbində yerləşən Bunci duzsuzlaşdırma qurğusunun hücuma məruz qaldığını açıqlayıb.
Məlumata əsasən, hadisə nəticəsində ümumi əhalisi təxminən 10 min nəfər olan 20 kəndin içməli su təchizatında tam fasilə yaranıb.
Hücum zamanı dənizdən xam suyun götürülməsi üçün nasos stansiyası, eləcə də sutkada 3150 kubmetr istehsal gücünə malik Bunci duzsuzlaşdırma qurğusuna aid elektrik transformatoru tamamilə dağıdılıb.
Hörmüzqan Su Şirkətindən bildirilib ki, hücumdan sonra regiondakı 20 kəndin içməli su təchizatı tam dayandırılıb və həmin yaşayış məntəqələri ciddi su çatışmazlığı ilə üzləşib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Ukrayna enerji təhlükəsizliyinin təmin olunması üçün razılaşma təklif edir - Baku TV CANLI
- Vaşinqtonun Rusiya siyasətində ziddiyyət
- Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI
- Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV
- Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər
