Dünya
Pleyeri seçin:
ABŞ-dən İrandakı prezident seçkiləri ilə bağlı açıqlama
İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkəyə qarşı siyasətinə təsir etməyəcək.
Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Seçkilərin İrana yanaşmamıza ciddi təsiri olmayacaq. Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməz olaraq qalır”, – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Rəsmi Vaşinqton İrandakı seçkilərin azad və ədalətli olmadığı iddiasını təkrarlayıb. Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya vətəndaşları üçün insan hüquqlarına daha çox riayət olunmasına gətirib çıxaracağını gözləmirik”, – deyə ABŞ Dövlət Departamentindən bildirilib.
Kopyalandı
Seçilmişlər