ABŞ-dən Rusiyaya sərt cavab | Sanksiya paketi hazırlanır
ABŞ Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayıb.
Bu barədə xarici mediada məlumat paylaşılıb.
Bildirilib ki, qadağalar siyahısına 500-dən çox fiziki və hüquqi şəxs daxil edilib. Onların sırasında Ermənistanda, Qərbi Zəngəzur bölgəsində yerləşən Rusiyanın Mis-Molibden Kombinatının hüquqi sahibi olan "Geopromining" mədən şirkəti də var.
Erməni mətbuatında yayılan xəbərdə bildirilib ki, adıçəkilən müəssisənin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair Ağ Evdə məlumatlar var.
Qeyd olunub ki, "Geopromining" şirkəti Ermənistanda yerləşsə də, Rusiyaya məxsusdur və sanksiyalara məruz qalmasının əsas səbəbi də budur. Məlumatda o da bildirilib ki, qadağaların əsas məqsədi müəssisənin Rusiyanın hərbi sənayesini dəstəkləməsinin qarşısını almaqdır.
#ABŞ teqi istifadə olunub
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI
- Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
- Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV
