ABŞ Dövlət katibi Pekinin İranla bağlı ehtiyatlı davrandığını bildirib
ABŞ dövlət katibi Marko Rubio Çinin İrana Vaşinqtonun hərbi əməliyyatlarını çətinləşdirəcək səviyyədə yardım göstərmədiyini bildirib.
Rubio bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
"Çinin İrana ABŞ-nin fəaliyyətini və ya hərəkət imkanlarını hər hansı formada çətinləşdirən dəstək verdiyini düşünmürəm", – deyə o bildirib.
Rubio qeyd edib ki, İranın arsenalında Çin mənşəli hərbi texnika mövcuddur. Bununla belə, onun sözlərinə görə, ABŞ yaxın perspektivdə Çinin İrana verdiyi sistemlərin döyüş meydanında vəziyyəti dəyişdirdiyinə dair heç bir əlamət müşahidə etməyib.
Dövlət katibi əlavə edib ki, Pekin ABŞ, İsrail və İran arasında yaranmış gərginliyə birbaşa qoşulmaq məsələsində ehtiyatlı davranır.
Rubio bildirib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı ABŞ-nin təşəbbüs göstərdiyi qətnamə layihəsinə Çin tərəfindən veto qoyulmamasına ümid edir. Onun fikrincə, belə bir qətnamə Pekinin maraqlarına da uyğundur.
#Marko Rubio teqi istifadə olunub
- Rubio Netanyahunun açıqlamasına aydınlıq gətirib
- Ermənistanın Baş naziri "Tramp marşrutu" və yeni dəmir yolundan danışdı - Baku TV
- Tehran və Vaşinqton 14 bəndlik memorandum üzərində danışıqlar aparır - Baku TV
- Rubionun İrəvan səfərindən gözləntilər nədir? - 24 SAAT
- Rusiya və İran Ermənistanın ABŞ ilə yaxınlaşmasından narahatdır - Baku TV
