Pleyeri seçin:

Tehran və Vaşinqton 14 bəndlik memorandum üzərində danışıqlar aparır - Baku TV

27 may 2026 20 baxış

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətər səfərindən sonra danışıqlarda irəliləyiş əldə olunub, lakin məsələnin bəzi təfərrüatları hələ razılaşdırılmayıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mövcud fikir ayrılıqları həll edildikdən sonra memorandum birgə razılaşdırılmalıdır, çünki ABŞ tərəfindən birtərəfli elan tamamilə qeyri-dəqiq ola bilər:

"Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasının elan edilməsi, İranın dondurulmuş aktivlərindən 12 milyard dolların azad edilməsi, dəniz blokadasının aradan qaldırılmasının başlanması və Hörmüz boğazının açılması mümkün sazişin ilk addımlarının bir hissəsidir".

Bundan sonra nüvə məsələsi üzrə danışıqlar üçün 60 günlük atəşkəs müddəti nəzərdə tutulub. Birinci mərhələdə İran zənginləşdirilmiş uranla bağlı fəaliyyətlər, dayandırma və digər nüvə məsələləri üzrə öhdəlik götürməyib.

"İranın neft, neft-kimya məhsullarının satışına mane olan sanksiyalar danışıqlar müddəti ərzində ləğv edilməlidir", – deyə məlumatda qabardılıb.

Vurğulanıb ki, Hörmüz boğazının açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində baş verəcək. Memorandum 14 bənddən ibarət olacaq.

ABŞ dövlət katibi Marko Rubio isə Ağ Evdə iclas zamanı yaxın saatlarda və ya gün ərzində İranla razılaşmada irəliləyiş əldə oluna biləcəyini qeyd edib.

Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Dünya
28 may 2026 20 baxış
Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Dünya
28 may 2026 20 baxış
Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Dünya
28 may 2026 20 baxış
Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Dünya
28 may 2026 20 baxış
Böyük Britaniyada 82 illik rekord qırıldı

Böyük Britaniyada 82 illik rekord qırıldı

Dünya
28 may 2026 20 baxış
Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Dünya
28 may 2026 20 baxış
İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

Dünya
28 may 2026 20 baxış
2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

Dünya
28 may 2026 20 baxış
Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Dünya
28 may 2026 20 baxış
Paşinyan qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

Paşinyan qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

Dünya
28 may 2026 20 baxış
Seçilmişlər
icon