Pleyeri seçin:

Paşinyan qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

28 may 2026 18 baxış

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.

O bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.

“Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki–Qars dəmir yoluna çıxışı var.

O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi fəaliyyətə başlayacaq.

Ermənistanın Baş naziri əlavə edib ki, ölkə həm Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirəcək, həm də Avropa İttifaqı standartlarına uyğun islahatlar aparacaq.

Onun sözlərinə görə, Ermənistan hələlik bu iki istiqaməti paralel şəkildə davam etdirə bilər, lakin seçim etməli olacağı halda qərarı xalq verəcək.

Baş nazir qeyd edib ki, onun əsas vəzifəsi alternativ imkanlar yaratmaqdır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın dayandırılmasına və mövcud güzəştlərin itirilməsinə gətirib çıxara bilər.

Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Dünya
28 may 2026 18 baxış
Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Dünya
28 may 2026 18 baxış
Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Dünya
28 may 2026 18 baxış
Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Dünya
28 may 2026 18 baxış
Böyük Britaniyada 82 illik rekord qırıldı

Böyük Britaniyada 82 illik rekord qırıldı

Dünya
28 may 2026 18 baxış
Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Dünya
28 may 2026 18 baxış
İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

Dünya
28 may 2026 18 baxış
2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

Dünya
28 may 2026 18 baxış
Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Dünya
28 may 2026 18 baxış
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib - Baku TV

Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib - Baku TV

Dünya
28 may 2026 18 baxış
Seçilmişlər
icon