Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub
"Ferrari" şirkətinin səhmləri brendin ilk elektromobili olan "Ferrari Luce" modelinin təqdimatından sonra təxminən 8% ucuzlaşıb.
Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Avtomobilin 1000 at gücünə malik olacağı, 0-dan 100 km/saat sürəti cəmi 2.5 saniyəyə yığacağı və maksimal sürətinin 310 km/saatdan çox olacağı qeyd edilir.
İlkin məlumata görə, "Ferrari Luce" modelinin satış qiyməti 520 min avrodan başlayacaq. Bu model sürücü ilə yanaşı, daha dörd sərnişinin rahat şəkildə əyləşə biləcəyi ilk "Ferrari" elektromobilidir.
Qeyd edək ki, yeni modelin sükanı arxasına keçən ilk şəxslərdən biri Papa XIV Leo olub. Avtomobilin açıq mavi rəngli "Luce" versiyası istehsalçı şirkətin rəhbərliyi, o cümlədən prezidenti Con Elkann tərəfindən Papanın Kastel Qandolfdakı yay iqamətgahında ona təqdim edilib.
