"Blokada və təhdidlər danışıqların əsas maneələridir" | Pezeşkian - Baku TV
“İran İslam Respublikası dialoq və razılaşmanı alqışlayaraq bunu davam etdirir”.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian öz “X” hesabında yazıb.
“Öhdəliklərin pozulması, blokada və təhdidlər əsl danışıqların qarşısındakı maneələrdir. Dünya sizin sonsuz ikiüzlü ritorikanızı və iddialarla hərəkətlər arasındakı ziddiyyəti görür”, – deyə Pezeşkian əlavə edib.
Bu arada, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.
“Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın, İsrailin müharibəni qızışdırması dayandırılsın”, – deyə Qalibaf bildirib.
O əlavə edib ki, atəşkəsin kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması qeyri-mümkündür: “Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır”.
#Məsud Pezeşkian teqi istifadə olunub
