Moskvada dəhşətli terror planı | Rusiya FTX təcili məlumat yaydı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada təhlükəsizlik orqanı əməkdaşına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb.
Bu barədə Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü qadın təhlükəsizlik orqanı əməkdaşlarından birinin avtomobilinin altına kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirməyə cəhd edərkən saxlanılıb.
Faktla bağlı terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlanılıb. Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Federal Təhlükəsizlik Xidməti onun əməllərinə dövlətə xəyanət maddəsinin də tətbiq olunması məsələsinə baxıldığını bildirib.
#Rusiya Federal Təhlükəsizlik Xidməti teqi istifadə olunub
- ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV
- Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı saxlanılıb
- Rusiya "Telegram"ı hədəf aldı | Pavel Durov beynəlxalq axtarışa verildi - Baku TV
- Rusiyanın FTX-dən təcili əməliyyat | Moskvada terror cəhdinin qarşısı necə alındı? - Baku TV CANLI
- Rusiyanın neft-kimya kompleksi və yük gəmiləri vuruldu
