Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hücum hazırlamaqda şübhəli bilinən Qafqazdan olan iki nəfəri saxlayıb.
Onlar FPV dronları vasitəsilə Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə və elektrik enerjisi obyektinə hücum hazırlamaqda şübhəli bilinirlər.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti 1991-ci il və 1998-ci il təvəllüdlü, Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri olan və terror aktına hazırlıqda iştirak edən Cənubi Qafqazdan olan iki nəfərin təxribat fəaliyyətinin qarşısını alıb”, – deyə məlumatda qeyd edilib.
FTX-nin məlumatına görə, şübhəlilər gizli yerlərdən götürdükləri zərbə dronlarını işə salınmaq üçün Moskva vilayətinə çatdırmalı və uçuşdan əvvəl aktivləşdirməli idilər. Dronların sonrakı idarəetməsinin Ukrayna ərazisindən məsafədən həyata keçirilməsi nəzərdə tutulub.
“Elektrik enerjisi obyektinə, eləcə də Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə qarşı terror aktına hazırlıq mərhələsində şübhəlilər FTX əməkdaşları tərəfindən saxlanılıblar”, – deyə qurumdan bildirilib.
#Rusiya Federal Təhlükəsizlik Xidməti teqi istifadə olunub
- ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV
- Rusiya "Telegram"ı hədəf aldı | Pavel Durov beynəlxalq axtarışa verildi - Baku TV
- Moskvada dəhşətli terror planı | Rusiya FTX təcili məlumat yaydı - Baku TV
- Rusiyanın FTX-dən təcili əməliyyat | Moskvada terror cəhdinin qarşısı necə alındı? - Baku TV CANLI
- Rusiyanın neft-kimya kompleksi və yük gəmiləri vuruldu
