İran nümayəndə heyəti Qətərdə nələri müzakirə edəcək? - Baku TV
İranın Qətərdəki nümayəndə heyəti dondurulmuş aktivlər və Hörmüz boğazının blokadası ilə bağlı razılaşma axtarır.
"Euronews" Dohada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin apardığı danışıqlara dair mənbələrə istinadən bu məlumatı yayıb.
"İranın xarici işlər naziri Abbas Əraqçinin də iştirak etdiyi Doha səfərində Hörmüz boğazı və yüksək səviyyədə zənginləşdirilmiş uranla bağlı məsələlərə diqqət yetirilib", – deyə məlumatda bildirilib.
İranın Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hümməti də dondurulmuş aktivləri müzakirə edəcək. Bu məsələnin yekun razılaşmada öz əksini tapdığı bildirilir.
Qeyd olunub ki, Vaşinqton beynəlxalq sanksiyalara məruz qalan Tehranın dondurulmuş xarici aktivlərinin bir hissəsini sərbəst buraxmağa razılaşıb.
"Bunun müqabilində Hörmüz boğazındakı məhdudiyyətlər və İran limanlarına gəlib-gedən gəmilərə tətbiq edilən dəniz blokadası ləğv ediləcək", – deyə məlumatda vurğulanıb.
İranın Qətərdəki dondurulmuş aktivlərinin dəqiq məbləği qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, beynəlxalq media qurumları daha əvvəl bu rəqəmin 6 milyard, İran rəsmiləri isə 12 milyard dollar olduğunu bildiriblər.
#Məhəmməd Baqir Qalibaf teqi istifadə olunub
- Möhsin Nəqvi Pezeşkian və Qalibafla görüşüb
- İranı parçalamaq istəyənlərin planı ifşa edildi? | Qalibaf təcili çağırış etdi - Baku TV
- İrana səs salan xəbər | Qalibafın istefası ilə bağlı iddialara rəsmi cavab - Baku TV
- "Blokada və təhdidlər danışıqların əsas maneələridir" | Pezeşkian - Baku TV
- İranın strategiyası üzə çıxdı | Gizli hazırlıqlar: Xamenei razılıq verir, Qalibaf isə... - Baku TV
