Pleyeri seçin:

Rusiyanı şoka salacaq müdafiə | Ukrayna ABŞ "Patriot"una elə bir alternativ yaradır ki... - Baku TV

21 may 2026 469 baxış

Ukraynaya artan ballistik hücumlar və onların qarşısının alınmasının çətinliyi ciddi narahatlığa səbəb olub. Xüsusilə bu hücumların digər Avropa ölkələrini də təhdid etməsi fonunda rəsmi Kiyev qonşu ölkələri birgə ballistik müdafiə sistemi yaratmağa çağırıb.

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna hələ sovet dövründən qalan baza üzərində ənənəvi potensialını saxlayır və onu bərpa etmək üçün dəstəyə ehtiyacı var.

Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən Ukrayna Ali Radasının komitə sədri Fedor Venislavski qeyd edib ki, dördillik müharibə Ukraynanın Rusiya ərazisinə 500 kilometrə qədər zərbə endirə bilən ballistik raketlər yaratmaq üçün həm elmi, həm hərbi, həm də sənaye potensialına malik olduğunu göstərib.

F.Venislavski həmçinin qeyd edib ki, minlərlə kilometrə çata bilən raketlər mövcuddur və Rusiya artıq bu təhlükəni ciddi qəbul edir. Lakin ballistik raketlər mövcud hava hücumuna qarşı müdafiə vasitələri ilə əngəllənməsi çətin olan zərbə vasitələridir.

“Böyük hesabla ballistik raketlərə qarşı Amerikanın “Patriot” sistemləri effektivdir, lakin qanadlı raketlərə qarşı zəif işləyir. Buna görə də bütün demokratik ölkələrin hərbi sənaye kompleksi üçün prioritet ballistik raketlərə qarşı müqavimət sistemi yaratmaqdır. Biz avropalı tərəfdaşlarımızla birlikdə “Patriot” sisteminin müasir analoqunun alternativini işləyib hazırlayırıq və xarici tərəfdaşların maliyyə dəstəyi ilə qısa müddətdə istənilən düşmənin ballistik raketlərinə qarşı effektiv müdafiə vasitəsi yarada bilərik”, – deyə o vurğulayıb.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 469 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 469 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 469 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 469 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 469 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 469 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 469 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 469 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 469 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 469 baxış
Seçilmişlər
icon