Pleyeri seçin:
İrana səs salan xəbər | Qalibafın istefası ilə bağlı iddialara rəsmi cavab - Baku TV
İran İslam Şurası Məclisinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qurumun yaydığı açıqlamada bildirilib ki, Qalibaf heç bir vəzifəsindən istefa verməyib.
Açıqlamada qeyd olunub ki, yeni danışıqlar mərhələsi müəyyən edilməyib ki, həmin prosesdə onun və ya başqa bir şəxsin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müzakirə olunsun.
Həmçinin bildirilib ki, yayılan şayiələr ictimai rəyi çaşdırmağa yönəlib və Qalibaf hazırda fəaliyyətini ciddi şəkildə davam etdirir.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Qalibafın istefa verəcəyi ilə bağlı iddialar yayılmışdı.
Kopyalandı
#İran teqi istifadə olunub
- "The New York Times" Xameneinin səhhəti ilə bağlı nə yazdı? - 24 SAAT
- İranda xəstələr dərman axtarır | Xəstəxanalar, apteklər çıxış yolunu nədə görür? - Baku TV
- Tehran boğazı gəlir mənbəyinə çevirərək qaydaları dəyişamək istəyir - Baku TV
- ABŞ-İran diplomatik təmasları yeni mərhələyə keçir?
- İranın vitse-prezidenti: “Danışıqlarda güzəşt olmayacaq”
