Pleyeri seçin:

İslamabadda ABŞ-İran arasında danışıqların növbəti raundu baş tutacaq? - Baku TV

25 aprel 2026 16 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Əraqçinin İslamabada səfəri ABŞ ilə danışıqlarla bağlı deyil, Pakistan tərəfi ilə ikitərəfli münasibətlər və regiondakı vəziyyətin müzakirəsinə həsr olunacaq. Səfərin diplomatik məsləhətləşmələr xarakteri daşıdığı vurğulanır.

Agentlik həmçinin İranın danışıqlar aparmaq üçün ABŞ-yə müraciət etmədiyini qeyd edib. Bildirilib ki, Ağ Ev sözçüsü Karolayn Levittin İran rəsmilərinin ABŞ ilə təmasa keçərək Pakistanda birbaşa danışıqlar tələbi irəli sürməsi iddiaları yalandır.

Qeyd edək ki, Pakistan Xarici İşlər Nazirliyinin İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçinin bu ölkəyə səfərinə dair açıqladığı proqramda isə ABŞ tərəfi ilə danışıqlarla bağlı məlumat yer almayıb.

Əlavə edək ki, daha əvvəl Amerikanın "Axios" portalı aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayıb.

Avropaya qarşı gələn dövlət başçıları kimlərdir? - Baku TV CANLI

Avropaya qarşı gələn dövlət başçıları kimlərdir? - Baku TV CANLI

Dünya
25 aprel 2026 16 baxış
Xərçəng xəstələrinin sayı sürətlə artır

Xərçəng xəstələrinin sayı sürətlə artır

Dünya
25 aprel 2026 16 baxış
2026-cı ilin sonlarında Ayda bu missiya həyata keçirilə bilər

2026-cı ilin sonlarında Ayda bu missiya həyata keçirilə bilər

Dünya
25 aprel 2026 16 baxış
“Fransa”nın özəl dəmiryol şirkəti “Velvet”i təqdim edib

“Fransa”nın özəl dəmiryol şirkəti “Velvet”i təqdim edib

Dünya
25 aprel 2026 16 baxış
İrana səs salan xəbər | Qalibafın istefası ilə bağlı iddialara rəsmi cavab - Baku TV

İrana səs salan xəbər | Qalibafın istefası ilə bağlı iddialara rəsmi cavab - Baku TV

Dünya
25 aprel 2026 16 baxış
"Meta" öz işçilərinin kompüterlərinə nəzarət alətləri quraşdırmağı planlaşdırır

"Meta" öz işçilərinin kompüterlərinə nəzarət alətləri quraşdırmağı planlaşdırır

Dünya
25 aprel 2026 16 baxış
Tanınmış aviaşirkət reyslərin yarısını ixtisar edəcək

Tanınmış aviaşirkət reyslərin yarısını ixtisar edəcək

Dünya
25 aprel 2026 16 baxış
Aİ ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində nə qədər itirib? - Baku TV CANLI

Aİ ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində nə qədər itirib? - Baku TV CANLI

Dünya
25 aprel 2026 16 baxış
Tramp və Netanyahu arasında telefon danışığı olub | ”Yaxın Şərqin simasını dəyişəcəyik” - Baku TV

Tramp və Netanyahu arasında telefon danışığı olub | ”Yaxın Şərqin simasını dəyişəcəyik” - Baku TV

Dünya
25 aprel 2026 16 baxış
"The New York Times" Xameneinin səhhəti ilə bağlı nə yazdı? - 24 SAAT

"The New York Times" Xameneinin səhhəti ilə bağlı nə yazdı? - 24 SAAT

Dünya
25 aprel 2026 16 baxış
Seçilmişlər
icon