ABŞ Ermənistana kimləri göndərir? - İranı özündən çıxaracaq məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”.
Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Diplomatik dildən normal dilə tərcümə edək, yəni gələn həftə ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcək”.
Bu sözləri erməni politoloq Arman Abovyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması haqda qeyd edib.
“Bu, İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, iranlılar Amerika hərbi agentlərinin onların sərhədinin ən mühüm yerində peyda olmasına necə reaksiya verəcəklər. Başa düşə bilmirəm ki, Ermənistan hakimiyyəti saxta AB referendumu və ABŞ ilə “strateji xartiya” imzalamaqla niyə belə panik formada Ermənistanı intihara sürükləmək qərarına gəlib”, – o bildirib.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
