ABŞ-Fransa gərginliyi | ”Fransa Prezidenti sülh şurasına qoşulmaq təklifini rədd edəcək” - Baku TV
ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində Qəzza sülh prosesi üçün “Sülh Şurası”nın nizamnaməsinin mandatını və tam mətnini təsdiqləməyi planlaşdırır.
Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp təşəbbüsü rəsmi olaraq başlatmaq üçün dəvət olunan ölkələrin sənədi imzalamasında israr edir.
Nizamnamə layihəsinə görə, Tramp qurumun ilk sədri olacaq və yeni üzvlərin dəvət edilməsi barədə şəxsən qərar verəcək.
Bu arada, Fransa Prezidenti Emmanuel Makron Donald Trampın yaratdığı “Sülh Şurası”na qoşulmaq dəvətini qəbul etmək niyyətində deyil. Bu barədə "Bloomberg" agentliyi Makrona yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, tənqidçilər Trampın uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib yaratmağa çalışmasından narahatdırlar. “Sülh Şurası”nın nizamnaməsi layihəsinə görə, ABŞ lideri həlledici məsələlərdə səlahiyyətlərə malik ilk sədr olacaq.
#Donald Tramp teqi istifadə olunub
- Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar
- Pezeşkian onlara xəbərdarlıq etdi | "Bu, İran xalqına qarşı müharibədir!" - Baku TV
- Tramp bu ölkələrə yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb
- Amerika sənaye mallarına tariflərin ləğvi donduruldu
- Avropa liderləri Trampa niyə qarşı çıxdılar? - Baku TV
