Pleyeri seçin:

Avropa liderləri Trampa niyə qarşı çıxdılar? - Baku TV

18 yanvar 2026 108 baxış

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyadakı vəziyyətlə əlaqədar olaraq 8 Avropa ölkəsindən idxala tətbiq etdiyi yeni tariflər Avropa və ABŞ-ni yoxsullaşdıra bilər.

Bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “X” hesabında yazıb.

O bildirib ki, bu qərar ortaq rifahı sarsıdacaq və münasibətləri zəiflədəcək.

Bundestaq üzvü Sevim Dağdelen isə daha sərt bəyanat verib. O, ABŞ qoşunlarının və silahlarının Almaniyadan çıxarılmasını tələb edib.

S.Dağdelenin sözlərinə görə, Almaniyada ABŞ-nin ortamənzilli raketlərinin planlaşdırılan yerləşdirilməsi dərhal dayandırılmalıdır.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də məsələyə münasibət bildirib.

Onun fikrincə, D.Tramp Qrenlandiyadan real təhdidlərdən, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən diqqəti yayındırmaq üçün “kütləvi yayındırma silahı” kimi istifadə edir.

“Məni həqiqətən narahat edən odur ki, hazırda bütün dünyanın diqqəti nə Avropa, nə də ABŞ üçün təhlükə yaratmayan məsələyə – ABŞ-nin dost müttəfiqi olan Qrenlandiyaya yönəlib. Halbuki indi əsas diqqət mərkəzində olmalı olan məsələ Rusiyanı Ukrayna ilə bağlı danışıqlar masasına necə oturtmaqdır”, – deyə Anders Foq Rasmussen əlavə edib.

Bu arada Danimarkanın paytaxtı Kopenhagendə Qrenlandiyaya dəstək aksiyası keçirilib. Nümayiş ABŞ prezidenti Donald Trampın ada ilə bağlı bəyanatına cavab xarakteri daşıyır. Aksiya iştirakçıları “Qrenlandiyaya toxunmayın”, “Qrenlandiya satılmır” şüarlarını səsləndirib, beynəlxalq hüquqa hörmət etməyə çağırıblar. 

Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Dünya
08 fevral 2026 108 baxış
Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Dünya
08 fevral 2026 108 baxış
Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Dünya
08 fevral 2026 108 baxış
Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Dünya
08 fevral 2026 108 baxış
Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Dünya
08 fevral 2026 108 baxış
ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

Dünya
08 fevral 2026 108 baxış
Yekunu qeyri-müəyyən Oman danışıqları

Yekunu qeyri-müəyyən Oman danışıqları

Dünya
08 fevral 2026 108 baxış
ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

Dünya
08 fevral 2026 108 baxış
Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Dünya
08 fevral 2026 108 baxış
İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

Dünya
08 fevral 2026 108 baxış
Seçilmişlər
icon