Pleyeri seçin:

ABŞ hakimiyyəti məmurlara məktub göndərdi | Yüz minlərlə insan bu təklifi qəbul edəcək

29 yanvar 2025 420 baxış

ABŞ hakimiyyəti federal hökumət məmurlarına öz istəkləri ilə işdən çıxmaq üçün ərizə verəcəkləri halda təzminat olaraq səkkiz aylıq maaş ödəməyi təklif edib.

TASS xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Yüz minlərlə insanın bu təklifi qəbul edəcəyi gözlənilir.

Məlumata görə, bu təklifin əks olunduğu məktub əvvəllər məsafədən iş rejimindən ofisə qayıtmaq göstərişi verilən məmurlara göndərilib. Əgər onlar fevralın 6-dək öz istəkləri ilə işdən çıxmaq barədə ərizə versələr, sentyabrın 30-na qədər nəzərdə tutulan bütün ödənişləri ala biləcəklər.

“COVID-dən beş il keçib və federal məmurların yalnız 6 faizi ofisdə tam iş günü işləyir. Bu, qəbuledilməzdir”, – ABŞ Administrasiyasının yüksəkvəzifəli məmuru “Axios”a bu təşəbbüsü şərh edib.

“Ağ Ev federal məmurların 5-10 faizinin təklifi qəbul edəcəyini gözləyir ki, bu da potensial olaraq yüz minlərlə insanın işdən çıxa biləcəyi deməkdir”, – portal vurğulayır.

Federal hökumətin hesablamalarına görə, göstərilən sxem vergi ödəyicilərinə ildə 100 milyard dollara qədər vəsaitə qənaət etməyə imkan verəcək.

“Axios”un məlumatına görə, təklif poçt işçiləri, immiqrasiya nəzarəti xidmətlərinin və xüsusi xidmət orqanlarının əməkdaşları, həmçinin hərbçilər istisna olmaqla bütün federal məmurlara şamil edilir.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 420 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 420 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 420 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 420 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 420 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 420 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 420 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 420 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 420 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 420 baxış
Seçilmişlər
icon