ABŞ hərbi qüvvələri “Sagitta” tankerini əl keçirdi
ABŞ-yə su yolu ilə gələn narkotik axını 97% azalıb və Birləşmiş Ştatlar hakimiyyəti tezliklə quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara başlayacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.
"Sizə deyə bilərəm ki, su yolu ilə daşınan narkotiklərin həcmi 97% azalıb. Çox tezliklə quru yolu ilə gələn narkotiklərin qarşısının alınmasına başlayacağıq. Onların haradan gəldiyini dəqiq bilirik", – deyə Tramp qeyd edib.
Bu arada, ABŞ hərbi qüvvələri Karib dənizində “Sagitta” adlı tankeri ələ keçirib. Bu barədə Pentaqon məlumat yayıb.
Açıqlamada bildirilir ki, ABŞ hərbçiləri Daxili Təhlükəsizlik Departamentinə dəstək çərçivəsində “Sagitta” adlı motorlu gəmiyə insidentsiz şəkildə nəzarəti ələ alıblar.
Komandanlığın məlumatına görə, tanker Prezident Donald Tramp tərəfindən Karib hövzəsində sanksiyaya məruz qalmış gəmilərə tətbiq olunan “karantin rejimini” pozaraq fəaliyyət göstərib.
