ABŞ İrandan niyə ehtiyat edir? | Hərbi-siyasi ekspertdən şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“İran-ABŞ qarşıdurması, xüsusən Ərbildəki konsulluğun vurulmasından sonra münasibətlərin daha da kəskinləşəcəyi mümkündür, amma bu vəziyyət yeni deyil. İranın proksi qüvvələri həm İraqda, həm Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı daima müharibədədirlər”.
Bu sözləri yerli mediaya hərbi-siyasi ekspert Elxan Şıxəliyev SEPAH qüvvələrinin İraqdakı ABŞ konsulluğunu raketlə vurmasından sonra Tehran-Vaşinqton münasibətlərinin növbəti gərginləşmə mərhələsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-nin İranla müharibə ehtimalı yüksək olsa da, yaxın gələcəkdə reallaşması mümkün görünmür:
“İran ABŞ-nin hər zaman hədəfində olan ölkədir. İsrail-HƏMAS müharibəsində ikincinin həm hazırlanmasında, həm də meydanda dəstəklənməsində əsas səbəbkarlardan biri İrandır. ABŞ hər vəchlə çalışır ki, Tehran hökuməti müharibəyə birbaşa müdaxilə etsin. İran isə birbaşa iştirakdan çəkinir, amma o bölgədə ABŞ və İsrailə qarşı olan qüvvələri dəstəkləyir. ABŞ-nin ehtiyatlanması isə bir neçə yerdə müharibənin alovlanma riskinin olması ilə bağlıdır.
Rusiya-Ukrayna müharibəsi fonunda maliyyə vəsaitləri tükənmək üzrədir, ikinci cəbhədə İsraili dəstəkləməlidirlər. İranla üçüncü cəbhə açılsa, ABŞ üçün çətin olacaq. Nəzərə alaq ki, İsraillə İranın quru sərhədləri yoxdur, İrana müdaxilə ancaq hava zərbələri ilə mümkün olacaq. Amma hərbçilərin ayağı dəyməyən yerdə əməliyyatın uğurundan danışmaq çətindir.
İran həm coğrafi, həm silahlı qüvvələr olaraq HƏMAS deyil. Onların hərbi gücünü eyniləşdirmək olmaz. ABŞ də bunu nəzərə alır. Odur ki, müəyyən tərəddüdü var. Düşünürəm ki, İran da bundan istifadə edir”.
Ekspert hazırkı reallığı düzgün qiymətləndirən İranın bu vəziyyətdən necə yararlanmasına diqqət çəkib: “İran İsrail-HƏMAS müharibəsi başlamışkən proksi qüvvələrini o istiqamətdə maksimum istifadə etməyə çalışır. İran müharibənin öz ərazilərinə gəlib çatmasına imkan verməməyə çalışır. Buna görə də biz Amerika-İran qarşıdurmasının başqa ölkələrdə yaşanmasını hələ uzun müddət müzakirə edəcəyik”.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
