Dünya
Pleyeri seçin:

ABŞ-nin Yaxın Şərqdəki növbəti planı | Qəzzada nələr baş verə bilər?

21 noyabr 2024

ABŞ-nin “Orbis” milli təhlükəsizlik şirkəti Qəzzaya humanitar yardımın çatdırılmasına dair araşdırmasını İsrail hökumətinə təqdim edib.

Xarici medianın yaydığı məlumata görə, Vaşinqton Təl-Əvivə humanitar yardımla bağlı təzyiq göstərsə də, anklavda asayişin pozulması, hətta əraziyə daxil olan ləvazimatların tez-tez talan edilməsi reallığı göz qabağındadır. Bütün bu problemlərin həlli üçün “Orbis” şirkətinə yardımın təhlükəsiz şəkildə paylanmasına dair plan hazırlamaq tapşırılıb.

Qeyd edək ki, Yaxın Şərqdə humanitar vəziyyət 2023-cü il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayandan indiyədək ən ağır dövrünü yaşayır. Təl-Əviv tərəfi Qəzzada özəl sektor vasitəsilə təşkil edilən yardım maşınlarının böyük bir hissəsinin HƏMAS-a getdiyini və qruplaşmaya yardım etdiyini iddia edərək onların bölgəyə girişinə qadağa qoyub.

Hətta BMT-yə məxsus 109 yardım maşınından ibarət karvan bu yaxınlarda silahlı qarətə məruz qalıb. Elə bu səbəbdən ABŞ-yə məxsus “Orbis” şirkət Qəzzaya humanitar yardımın çatdırılması yollarını araşdırıb. Planda Qəzzada İsrail Ordusu tərəfindən əməliyyatların həyata keçirildiyi və HƏMAS-ın nəzarətində olmayan bir bölgədə humanitar yardım mərkəzinin yaradılmasını əhatə edən pilot layihə öz əksini tapıb.

İsrail rəsmiləri araşdırmanın ölkənin Müdafiə Nazirliyinə və Baş nazirin Ofisinə göndərildiyini açıqlayıblar. Baş nazir Benyamin Netanyahu sözügedən məsələni bir neçə yüksək səviyyəli nazir və İsrail Müdafiə Qüvvələrinin rəsmiləri ilə müzakirə edib.

Qeyd edək ki, yardım mərkəzinin BMT tərəfindən deyil, özəl bir qurum tərəfindən yaradılması nəzərdə tutulur. Plan layihənin donor ölkələr tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur. İsrail rəsmiləri Birləşmiş Ərəb Əmirliyini potensial donor olaraq gördüklərini etiraf ediblər. Qurumun İsrail Ordusu ilə birgə koordinasiyada fəaliyyət göstərəcəyi də vurğulanıb.

Dələduzlar Rusiya-Ukrayna müharibəsindən görün necə istifadə edir

Dələduzlar Rusiya-Ukrayna müharibəsindən görün necə istifadə edir

Dünya
21 noyabr 2024
Ukrayna kapitulyasiyaya imza atacaq? | Kiyev sakinləri son baş verənlərdən danışdı

Ukrayna kapitulyasiyaya imza atacaq? | Kiyev sakinləri son baş verənlərdən danışdı

Dünya
21 noyabr 2024
Merkel Ukraynaya hansı mövzuda “yox” demişdi? | “Dəmir Ledi”nin xatirələri

Merkel Ukraynaya hansı mövzuda “yox” demişdi? | “Dəmir Ledi”nin xatirələri

Dünya
21 noyabr 2024
Bütün İranın gözlədiyi xəbər | Xamenei özünə kimi varis seçəcək?

Bütün İranın gözlədiyi xəbər | Xamenei özünə kimi varis seçəcək?

Dünya
21 noyabr 2024
Nüvə silahı ilə hücum nə vaxt olacaq? - Rusiyadan Qərbə xəbərdarlıq

Nüvə silahı ilə hücum nə vaxt olacaq? - Rusiyadan Qərbə xəbərdarlıq

Dünya
21 noyabr 2024
Putinin doktrinasını oxusalar, görərlər ki… | Lavrovdan G20 sammitində diqqətçəkən çıxış

Putinin doktrinasını oxusalar, görərlər ki… | Lavrovdan G20 sammitində diqqətçəkən çıxış

Dünya
21 noyabr 2024
Avropa İttifaqının Gürcüstanın ixracatındakı payında kəskin azalma | Rəqəmlər açıqlandı

Avropa İttifaqının Gürcüstanın ixracatındakı payında kəskin azalma | Rəqəmlər açıqlandı

Dünya
21 noyabr 2024
Böyük Britaniyada Çinlə ticarət barədə vacib sorğu keçirildi

Böyük Britaniyada Çinlə ticarət barədə vacib sorğu keçirildi

Dünya
21 noyabr 2024
Rusiyaya bu ölkədən gətirilən avtomobillərin sayı artdı | Əsas səbəb nədir?

Rusiyaya bu ölkədən gətirilən avtomobillərin sayı artdı | Əsas səbəb nədir?

Dünya
21 noyabr 2024
Türkiyə gəmisinə olunan hücumun detalları məlum oldu

Türkiyə gəmisinə olunan hücumun detalları məlum oldu

Dünya
21 noyabr 2024
Seçilmişlər
icon