Avropa İttifaqının Gürcüstanın ixracatındakı payında kəskin azalma | Rəqəmlər açıqlandı
Gürcüstan məhsullarının Avropa İttifaqına ixracı 10 illik minimuma enib.
Gürcü mediasının yaydığı məlumata görə, 2024-cü ilin yanvar-oktyabrında ixracdan əldə olunan gəlir bu illər ərzində 2014-cü ilin cəmi 9 ayının məlumatlarını üstələyib.
Cari ilin doqquz ayında Avropa İttifaqına yerli ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%, 2022-ci illə müqayisədə isə 43,1% azalıb. 2024-cü ilin 9 ayında Gürcüstandan Avropa İttifaqına 294,45 milyon dollar, 2023-cü ilin eyni dövründə 456,4 milyon, 2022-ci ildə isə 517,75 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.
Bildirək ki, Gürcüstandan Avropa İttifaqına ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.
Qeyd edək ki, Gürcüstan 2014-cü ildə Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişi (DCFTA) imzalayıb.