Pleyeri seçin:

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri planlaşdırılır

25 iyun 2026 20 baxış

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin həmkarı Rəcəb Tayyib Ərdoğan barədə bir sıra açıqlamalar verib.

ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb. "Ərdoğan mənim dostumdur. O, çox güclü insandır", Tramp deyib.

O əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısında iştirak edəcək: "NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq oraya gedirəm".

Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala "Türkiyəni məmnun edəcək bir şey edəcəyəm" deyə cavab verib.

ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb: "İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs olunduqda ağlıma ilk olaraq Ərdoğan gəlir".

Tramp əlavə edib ki, İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək qərarı danışıqların bütün gedişatını dəyişdirər və ABŞ ilə razılaşmanın qarşısını alardı: "Bu mənim üçün qəbuledilməz olardı. Çünki bizim çoxlu boğazlarımız var və əgər siz bunu onlar üçün etsəydiniz, onda eyni addımı digərləri üçün də atmalı olardınız".

Donald Tramp onu da bildirib ki, ABŞ-nin NATO-dakı avropalı müttəfiqlərinin puluna yox, yalnız sədaqətinə ehtiyacı var: "Mən sadəcə onların bizə sadiq qalmasını istəyirəm. Bizə onların pulu lazım deyil. Bizə heç nə lazım deyil. Bizdə şübhəsiz ki, dünyanın ən güclü ordusu var. Amma mən sadəcə sədaqət istəyirəm".

İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

Dünya
25 iyun 2026 20 baxış
Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Dünya
25 iyun 2026 20 baxış
Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Dünya
25 iyun 2026 20 baxış
Moda həftəsi iyunun 28-dək davam edəcək

Moda həftəsi iyunun 28-dək davam edəcək

Dünya
25 iyun 2026 20 baxış
İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

Dünya
25 iyun 2026 20 baxış
Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Dünya
25 iyun 2026 20 baxış
Mütəxəssisdən hovuz mövsümü ilə bağlı vacib xəbərdarlıq

Mütəxəssisdən hovuz mövsümü ilə bağlı vacib xəbərdarlıq

Dünya
25 iyun 2026 20 baxış
Kiyevə 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək

Kiyevə 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək

Dünya
25 iyun 2026 20 baxış
"ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq" | İsmayıl Bəqai

"ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq" | İsmayıl Bəqai

Dünya
25 iyun 2026 20 baxış
Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət təklif edilib

Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət təklif edilib

Dünya
25 iyun 2026 20 baxış
Seçilmişlər
icon