Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev rəhbəri Donald Trampın administrasiyası İranın nüvə materiallarının utilizasiyası və digər əlaqədar tapşırıqlar üçün 672 milyon dollar məbləğində maliyyə vəsaiti əldə etməyə çalışır.
Bu barədə "Fox News" telekanalı məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
"Tramp administrasiyası İranın nüvə materiallarının məhv edilməsi, İranda yoxlamalar və təftiş fəaliyyətlərinin aparılması, digər yayılmama tədbirləri üçün istifadə olunacaq 672 milyon dolların təminatı üçün addımlar atır", – deyə materialda qeyd olunur.
Mənbənin məlumatına görə, vəsait Energetika Nazirliyi üçün nəzərdə tutulub, İranın nüvə silahı hazırlamaq və ya əldə etmək qabiliyyətindən məhrum edilməsinə yönəlmiş fəaliyyətləri dəstəkləmək üçün istifadə ediləcək.
Bu vəsait əvvəllər tələb olunan 80 milyard dollarlıq əlavə ayırmalar paketinin bir hissəsidir. Məbləğ barədə daha əvvəl "The Wall Street Journal" da daxil olmaqla Amerika nəşrləri bildirib.
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
