ABŞ savaşa qoşuldu, İranı nələr gözləyir? - Tramp xəbərdarlıq etdi
“ABŞ İrandakı mövcud idarəçiliyi dəyişmək istəmir. Yəni Ağ Evin əsas niyyəti İranın nüvə proqramının qarşısını almaqdır, islam respublikasını süquta uğratmaq yox”.
“Politico”da yayılan araşdırmada qeyd olunub ki, bunu iyunun 22-də ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə məsul şəxsləri açıqlayıblar.
ABŞ Prezidenti Donald Tramp isə iyunun 23-də “Truth Social”dakı paylaşımında qeyd edib ki, hakimiyyət dəyişikliyi terminindən istifadə etmək düzgün deyil. Lakin hazırkı idarəçilik İranı qüdrətli dövlətə çevirə bilmirsə, niyə də yox.
ABŞ-nin vitse prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də çıxışlarında əsas məqsədin İranın nüvə potensialının aradan qaldırılması olduğunu açlıqlayıblar. Dolayısı ilə ABŞ İranın ali rəhbər Seyid Əli Xamenei tərəfindən islam qaydaları ilə idarə olunmasına etiraz etmir.
