Dünya
Pleyeri seçin:
ABŞ tarixində mühakimə edilən ilk prezident | Mən günahsızam, səhv heç nə etməmişəm...
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb.
Məhkəməyə videobağlantı vasitəsilə qatılan yeni dövlət başçısı 34 maddə üzrə təqsirli bilinib. O, təqsirli olaraq qalsa da, nə həbs, nə də cərimə olunacaq.
Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilirdi. O isə tam təqsirsiz olduğu qənaətindədir. Məhkəmə iclasında çıxışında Donald Tramp bildirib ki, tamamilə günahsızdır, səhv bir şey etməyib.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində cinayət əməllərində ittiham olunan ilk prezidentdir.
Kopyalandı
Seçilmişlər