Dünya
Pleyeri seçin:
İsrail silahlı qruplaşma ilə bağlı hərəkətə keçdi | Netanyahu elan etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəyə qarşı istənilən təhdidlə bağlı qəti tədbirlərin görüləcəyini bildirib.
O bu barədə sosial şəbəkə hesabında yazıb.
Netanyahu paylaşımında İsrail ordusunun Yəməndəki “Ənsarullah hərəkatının” mövqelərinə zərbələr endirməsini şərh edib.
Onun sözlərinə görə, Təl-Əviv bundan sonra ölkəni təhdid edən heç kimi cavabsız qoymayacaq.
“Söz verdiyimiz kimi, husilər bizə qarşı etdikləri hücumların əvəzini ağır şəkildə ödəyirlər və ödəməyə davam edəcəklər. Bu gün biz husilərin Yəmənin dərinliklərindəki və qərb sahilindəki hədəflərinə zərbələr endirdik”, – deyə Baş nazir qeyd edib.
Kopyalandı
Seçilmişlər