Venesuelada prezident seçkiləri keçirildi | Səsvermənin nəticələri açıqlandı
Nikolas Maduro üçüncü dəfə Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb.
Maduro Karakasda ölkə parlamentində and içib. Onu ölkənin birinci xanımı Silia Flores müşayiət edib.
Yeni müddətdə Maduro 2031-ci ilə qədər prezident vəzifəsini icra edəcək.
Qeyd edək ki, Maduro ötən il iyulun 28-də keçirilən seçkilərdə qalib gəlib. Seçicilərin 51,95 %-i ona səs verib.
Bu arada, ABŞ Nikolas Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin edib. “Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrinonun həbsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik”, – deyə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə deyib.