Pleyeri seçin:

ABŞ Ukraynaya dəstəyi dayandırır? | Müharibə ilə bağlı qalmaqallı açıqlama

05 iyul 2024 429 baxış

“Əslində Macarıstanın Baş naziri Viktor Orbanın Zelenskiyə etdiyi atəşkəs təklifinin müəllifi özü deyil. Bu təklifin müəllifi ilk növbədə ABŞ-də hakimiyyətə gəlmə ehtimalı yüksək olan Respublikaçılar Partiyası, yəni Tramp, sonra isə Vatikandır. Əlbəttə, buraya Avropadakı bir sıra siyasi dairələr, xüsusilə mühafizəkar qüvvələr də daxildir”.

Bu sözləri Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Ekspert atəşkəs təklifinin məzmunundan bəhs edib:

“İndi ABŞ-nin başı seçkilərlə əlaqədar özünə qarışıb və Ukraynaya verilən dəstək zəifləyə bilər. Təəssüf ki, cəbhədəki mövcud vəziyyət hazırda Kiyevin xeyrinə deyil. Yəni quru əməliyyatları baxımından Ukraynanın irəliləməsi və torpaqlarını işğaldan azad etməsi müşahidə olunmur. Fikrimcə, verilən təklif müvəqqəti atəşkəslə bağlıdır. Ukrayna isə bundan istifadə edərək güclənməli, iqtisadiyyatını və hərbi sənayesini hazır vəziyyətə gətirməlidir. Bu da uzun illər deməkdir. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizə bütün bunları yerinə yetirib ərazilərimizi işğaldan azad etmək üçün 30 il lazım oldu. Eyni yol ilə getməyi Ukraynaya da təklif edirlər”.

Rizvan Hüseynov vəziyyətin çətinləşməsinin Ukraynadakı siyasi dairələrin atəşkəs təklifinə diqqətini artıracağını bildirib:

“Sözügedən seçim Zelenski üçün çox çətindir və onun siyasi karyerasının sonu ola bilər. Ona görə də onun təklifdən imtina etməsi başadüşüləndir. Lakin bu, tamamilə imtina kimi anlaşılmamalıdır. Çünki bütün hallarda təklif Ukraynada dövlət idarəçiliyində təmsil olunan siyasi elitanın da nəzərinə çatdırıldı. Biz indi İngiltərənin də əvvəlki kimi səsinin çıxmadığını görürük. Nəticə etibarı ilə cəbhədə şiddətin artması və sadaladığımız səbəblər atəşkəs təklifinin tamamilə gündəmdən düşməyəcəyini, Zelenskinin qəbul etməməsi halında belə ətrafı tərəfindən müzakirə ediləcəyini deməyə əsas verir”.

Qeyd edək ki, Kiyevə səfər edən Macarıstan Baş naziri Viktor Orban Ukraynaya atəşkəsə razılaşmağı və masada danışıqlara başlamağı təklif etmişdi. Kiyev isə bu təklifdən imtina etdiyini açıqlayıb.

Banner
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 429 baxış
İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

Dünya
02 noyabr 2026 429 baxış
Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
02 noyabr 2026 429 baxış
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 429 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 429 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 429 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 429 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 429 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 429 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 429 baxış
Seçilmişlər
icon