Pleyeri seçin:

ABŞ və İran arasında hazırlanan ilkin razılaşmada nələr var?

25 may 2026 312 baxış

ABŞ və İran arasında hazırlanan ilkin razılaşma Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.

Bu barədə ABŞ-nin “The Washington Post” nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saziş layihəsinə əsasən, İran heç vaxt nüvə silahı hazırlamayacağını təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyasına razılıq verəcək.

Nəşr yazır ki, bunun həyata keçirilməsi mexanizmi qarşıdakı iki ay ərzində razılaşdırılacaq.

İran rəsmisi qəzetə bildirib ki, tərəflərin üzərində işlədiyi memorandumda həmçinin Tehranın Hörmüz boğazını açması və ABŞ tərəfindən İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvi də yer alır. Bundan başqa, Vaşinqtonun İrana qarşı dəniz blokadasını dayandırmasının nəzərdə tutulduğu qeyd olunub.

Məqalədə vurğulanır ki, ABŞ və İran hələlik heç bir sənəd imzalamayıb və Tehran yekun razılığını verməyib.

İranlı mənbə əlavə edib ki, memorandum nüvə məsələsi üzrə konkret razılaşmaları deyil, yalnız gələcəkdə bu mövzuların müzakirəsinə dair öhdəliyi əhatə edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 23-də İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını açıqlamışdı.

Banner
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 312 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 312 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 312 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 312 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 312 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 312 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 312 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 312 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 312 baxış
Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb

Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb

Dünya
06 noyabr 2026 312 baxış
Seçilmişlər
icon