Pleyeri seçin:
ABŞ və üç Avropa ölkəsinin hazırladığı qətnamə Tehranı qane etmir
"ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsi hərbi cinayətlərin silinməsi cəhdidir".
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında paylaşıb.
"İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları yoxlama fəaliyyətlərini dayandırıb və təhlükəsizlik səbəbindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İrandan çıxmalı olublar. ABŞ öz qeyri-qanuni hücumunun nəticələrini İrana qarşı bir dosyeyə çevirmək istəyir", – deyə o bildirib.
K.Qəribabadinin sözlərinə görə, təminat altındakı obyektlər hədəfə alınıb, nüvə təhlükəsizliyi və yoxlama imkanı pozulub.
"Sonra isə bütün bunlar İrana təzyiq göstərmək üçün istifadə edilir", – deyə o, sözlərinə əlavə edib.
Kopyalandı
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
- Vətəndaşlara çağırış, Tehranın sərt şərtləri, müharibə ehtimalı - AKTUAL GÜNDƏM
- Hörmüzün açılması nəyin qarşılığında olacaq? - Baku TV CANLI
- İranın ABŞ-yə təklif etdiyi yeddi günlük plan nələri nəzərdə tutur? - Baku TV
