Pleyeri seçin:
Ağ Ev açıqladı | Trampın Putin və Zelenskidən əsl istəyi budur
“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir”.
Bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livitt səsləndirib.
O bildirib ki, Tramp hər iki ölkənin liderlərindən getdikcə daha çox məyus olur:
“Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir”.
Donald Trampın Zelenski ilə görüşünü şərh edən Kerolayn Livitt bildirib ki, bu, onun məsələnin həll üçün çox səy və vaxt sərf etdiyini göstərir. Çünki o, sülhməramlı prezident olmaq istəyir.
Kopyalandı
