Pleyeri seçin:
Ağ Evdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama
"ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar İranın vurulan pilotsuz uçuş aparatı ilə bağlı insidentə baxmayaraq, hələ də qüvvədədir".
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə müsahibəsində bildirib.
"Xüsusi elçi Stiv Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırda görüş hələ də planlaşdırıldığı kimi qalır", – deyə Levitt qeyd edib.
O həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı bir sıra variantları var, o cümlədən hərbi gücün tətbiqi variantı da.
Daha əvvəl "Axios" portalı məlumat vermişdi ki, ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş fevralın 6-da İstanbulda gözlənilir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI
- Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV
- "ABŞ-dən qorxmuruq!" | Qalibaf Vaşinqtonu sərt şəkildə ittiham etdi - Baku TV CANLI
- İran Hörmüzdə keçid qaydalarını sərtləşdirir
- İran və Oman arasında kritik razılaşma - Baku TV CANLI
