Ağlıma gəlmədi ki… | Haniyənin qətlinin şahidi anbaan yaşanan hadisəni danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gecə yuxuda ölüb və raket zərbəsi nəticəsində uçmuş divarın qalıqları altında qalıb”.
Bu barədə “RIA Novosti”yə müsahibəsində HƏMAS hərəkatının İrandakı nümayəndəsi və baş verənlərin şahidi Xalid əl-Qəddumi bildirib.
O, Haniyə ilə eyni evdə, lakin iki mərtəbə aşağıda gecələyib. “Təxminən saat 1:37-də sanki binaya nəsə dəydi. Mən düşündüm ki, bəlkə zəlzələ olub və ya şimşək çaxıb. Amma ağlıma gəlmədi ki, bu, qətl ola bilər”, – deyə əl-Qəddumi bildirib.
Onun sözlərinə görə, otaqdakı hamam dağılıb, tüstü görünüb. Əl-Qəddumi nə baş verdiyini soruşmaq üçün küçəyə çıxanda ona Haniyənin öldüyünü bildiriblər. 25 dəqiqə sonra Əl-Qəddumiyə HƏMAS liderinin otağına getməyə icazə verilib. Otaq dördüncü mərtəbədə yerləşib, iki xarici divar dağılıb içəri çöküb. Bütün otaq dağıntılarla dolu olub, Haniyənin cəsədinin bir hissəsi dağıntıların altında qalıb. Qonşu otaqda da Haniyənin mühafizəçisinin cəsədi olub.
Əl-Qəddumi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra, qətlin baş verdiyi gün axşam Haniyə siyasətçilərlə birlikdə şam edib. Ölümünə saatlar qaldığı bir vaxtda o, HƏMAS nümayəndə heyətinin digər üzvləri ilə Livanın “Hizbullah” hərəkatının komandiri Fuad Şükrün ölümünü müzakirə edib. Binaya raket düşəndə isə Haniyə yuxuda olub.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
