Aliment ödəməmək üçün ağlasığmaz əmələ əl atan kişi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Tümen şəhərinin sakini aliment ödəməmək üçün hər il ad, soyad və atasının adını dəyişib.
Bu barədə "72.RU" portalına Aliment Ödənişlərinin Alınması üzrə Məhkəmə İcraçıları Şöbəsinin müdiri Roman Korenev məlumat verib.
Onun sözlərinə görə, kişi ildə bir dəfə tamamilə yeni soyad, ad və ata adı götürərək, alimentlər üzrə məsuliyyətdən yayınmağa çalışıb, daha sonra isə köhnə adına qayıdıb və bu proseduru təkrarlayıb.
Adı açıqlanmayan kişinin icraçılardan nə qədər müddət gizləndiyi barədə məlumat yoxdur, bununla belə, onun səyləri boşa çıxıb.
"Vətəndaşlıq Qeydiyyatı İdarəsi ad dəyişikliyi zamanı bu barədə məlumatı məhkəmə icraçılarına ötürür, buna görə də borclunun bu yolla aliment ödəməkdən yayınması mümkün deyil", – deyə məlumatda bildirilir.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
