Anasını eyvanda kilidlədi, sonra isə... | Məşhur türk model və 15 yaşlı qızının davası
Məşhur türkiyəli keçmiş model Deniz Akkaya həbs edilib.
Məlumata görə, model 15 yaşlı qızına qarşı zorakılıq etdiyi iddiası ilə 4 ay 27 gün həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, modelin Ayşe adlı qızına qaşı zorakılıq törətdiyi iddiası ilə mühakimə olunduğu məhkəmədə onun “Öz nəslindən olan bir insanı sadə silahla yaralama” maddəsi üzrə 9 aydan 1 il 6 aya qədər həbs edilməsi tələbi irəli sürülmüşdü. Bununla bağlı məhkəmə işi yekunlaşıb və qərar verilib.
Bildirilib ki, hadisə baş verən gün D.Akkaya ilə qızı Ayşe arasında baş verən mübahisə zamanı model istifadəyə yararlı və içərisində dəmir termos olan, silah hesab edilən çantanı, həmçinin simsiz qulaqlığı qızına doğru atıb, bundan əlavə, qızına təpik və şillə vurub, boğazını sıxıb. Bu səbəblərə görə məhkəmə qızı Ayşenin ondan şikayətçi olmadığını da nəzərə alaraq, Deniz Akkayanı “Öz nəslindən olan bir insanı sadə silahla yaralama” maddəsi üzrə 4 ay 27 gün azadlıqdan məhrum edib.