Pleyeri seçin:

Ara qarışır | ABŞ İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləyəcək? - Baku TV

30 dekabr 2025 71 baxış

Donald Tramp bildirib ki, İran iyunda dayandırdığı nüvə proqramını yenidən qurmağa cəhd edərsə, o zaman ABŞ ona qarşı tezliklə yeni hücumlar həyata keçirəcək.

O bu açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə Floridada keçirdiyi görüş zamanı verib.

“Eşidirəm ki, İran yenidən nüvə potensialını artırmağa çalışır və əgər bu, belədirsə, biz onları dayandırmalı olacağıq. Onların ağlını başlarına gətirəcəyik. Lakin ümid edirəm ki, belə bir şey baş vermir”, – deyə Tramp bildirib.

Prezident məsələnin diplomatik yolla həllinə üstünlük verdiyini qeyd edib. “Eşitmişəm ki, İran sövdələşmə bağlamaq istəyir. Əgər onlar sövdələşmə bağlamaq istəyirlərsə, bu, daha ağıllı addım olar”, – deyə sözlərinə əlavə edib.

Görüşdə həmçinin Qəzza zolağı ilə bağlı atəşkəs razılaşması, eləcə də İran və Livandakı “Hizbullah” qruplaşması ilə bağlı məsələlər müzakirə olunub.

ABŞ Prezidenti Netanyahuya açıq dəstək nümayiş etdirib. Tramp İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə olunmuş atəşkəs razılaşmasının ikinci mərhələsinə mümkün qədər tez keçmək istədiyini vurğulayıb.

O eyni zamanda HƏMAS-ın tərk-silah edilməsinin vacibliyini xüsusi qeyd edib. 

Rusiya və Ukrayna bir-birini günahlandırdı

Rusiya və Ukrayna bir-birini günahlandırdı

Dünya
30 dekabr 2025 71 baxış
Rusiya barədə 2026-cı il üçün sensasiyalı proqnoz

Rusiya barədə 2026-cı il üçün sensasiyalı proqnoz

Dünya
30 dekabr 2025 71 baxış
Zaxarova Ukraynaya görə Qərbə od püskürdü

Zaxarova Ukraynaya görə Qərbə od püskürdü

Dünya
30 dekabr 2025 71 baxış
ABŞ İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləyəcək - Baku TV CANLI

ABŞ İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləyəcək - Baku TV CANLI

Dünya
30 dekabr 2025 71 baxış
Latviya Rusiya ilə sərhəddə niyə sədd çəkdi?

Latviya Rusiya ilə sərhəddə niyə sədd çəkdi?

Dünya
30 dekabr 2025 71 baxış
Latviya-Rusiya sərhədində hasar tikintisi başa çatdı

Latviya-Rusiya sərhədində hasar tikintisi başa çatdı

Dünya
30 dekabr 2025 71 baxış
Pezeşkian ölkəsinin iqtisadi vəziyyətindən nə danışdı

Pezeşkian ölkəsinin iqtisadi vəziyyətindən nə danışdı

Dünya
30 dekabr 2025 71 baxış
Yanaşmanı dəyişdirən yeni müqavilə imzalanıb

Yanaşmanı dəyişdirən yeni müqavilə imzalanıb

Dünya
30 dekabr 2025 71 baxış
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirildi

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirildi

Dünya
30 dekabr 2025 71 baxış
Tramp-Putin gizli xətti ilə Ukrayna sülhü Kreml üzərindən qurulur? - AKTUAL GÜNDƏM

Tramp-Putin gizli xətti ilə Ukrayna sülhü Kreml üzərindən qurulur? - AKTUAL GÜNDƏM

Dünya
30 dekabr 2025 71 baxış
Seçilmişlər
icon