Zaxarova Ukraynaya görə Qərbə od püskürdü
“Kiyevə sülh lazım deyil, Qərb Ukraynaya yalnız terror aktları və müharibənin davam etdirilməsi üçün maliyyə ayırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti danışıqlar prosesini məqsədli şəkildə pozub:
“Bundan əvvəl Volodimir Zelenski danışıqları pozurdu. Danışıqlar davamlı olaraq niyə baş tutmurdu? Yeganə səbəb var – onlara sülh lazım deyil.
Çünki sülhə görə pul verilmir. Onlara yalnız bir şeyə görə pul verilir: terrora, ekstremizmə, qırğının davamına, o cümlədən Ukrayna vətəndaşlarının öldürülməsinə görə”.
Zaxarova bildirib ki, Qərbdə sülhə doğru addım atmağa hazır olan qüvvələr ortaya çıxdığı anda Kiyev növbəti hücumlara əl atır:
“Qərbdə elə insanlar tapıldığı vaxt ki, onlar əvvəlki səhvləri və cinayətləri – hətta öz sələflərinin cinayətlərini – kənara qoyaraq sülhə can atmağın vacibliyini qəbul etdilər və mürəkkəb, çoxsəviyyəli danışıqlara başladılar, həmin bu terrorçu ünsür yenidən belə zərbələr endirir”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir - Baku TV CANLI
- Moskvaya dron yağışı: Eskalasiya nüvə həddinə çatır? - AKTUAL GÜNDƏM
- Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV
- Müharibənin təsiri artıq Moskvanın daxilində hiss olunmağa başlayıb - Baku TV
- Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI
