Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV
Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi aviazərbə nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, Rusiya qüvvələri idarəolunan aviasiya bombası ilə Xarkovun Xolodnoqorsk rayonuna zərbə endirib. Nəticədə, ikimərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.
Oleq Sinequbov bildirib ki, zərbə nəticəsində 60 və 49 yaşlı kişilər, 54 və 87 yaşlı qadınlar, həmçinin 6 yaşlı uşaq yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.
Daha sonra açıqlanan məlumata əsasən, Xolodnoqorsk rayonunda 66 yaşlı daha bir kişiyə kəskin stres reaksiyası səbəbindən tibbi yardım göstərilib.
Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, ümumilikdə doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
#Hava hücumu teqi istifadə olunub
- Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI
- Moskvada fövqəladə vəziyyət | Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Baku TV
- Zelenskidən Rusiyaya hücumlar barədə diqqətçəkən açıqlama
- Rusiyadan Kiyevə şiddətli hava hücumu | Ölən və yaralananlar var - Baku TV CANLI
- İsrailin bu hücumu ABŞ-İran razılaşmasına kölgə salır | İrandan xəbərdarlıq
