Arayik Arutyunyan məmurlarla bağlı əmr imzaladı | Paşinyanın çıxışı aranı qatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan məmurların Belarusa səfərlərini qadağan edən əmr imzalayıb.
Bu barədə ölkə mətbuatında məlumat yer alıb.
Bildirilib ki, bu addım Baş nazir Nikol Paşinyanın parlamentdə çıxış edərkən Belarus Prezidenti Aleksandr Lukaşenkonun hakimiyyəti müddətində bu ölkəyə getməyəcəyinə dair verdiyi açıqlamadan sonra atılıb.
Məlumatda qərarın artıq dərc olunduğu da bildirilib. Qeyd olunub ki, bu qərar Belarus Prezidentinin Azərbaycana səfəri zamanı Qarabağ müharibəsi ilə bağlı verdiyi açıqlamalarla əlaqəlidir. Ermənistan mətbuatında A.Arutyunyanın dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanladığı sərəncamın fotosu da yayılıb.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi Belarusdakı səfirini məsləhətləşmələr üçün geri İrəvana çağırıb.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
