Arxeoloq Nilsson 400 il əvvəl ölən "vampir qız"ın üzünü yenidən qurdu | Radikal addım
İsveçli arxeoloq və heykəltəraş Oskar Nilsson 17-ci əsrdə Polşada dəfn edilən və yerli sakinlərin “Zosya” adlandırdığı “vampir qız”ın üzünü rekonstruksiya edib.
Heykəltəraş qızın üzünün rekonstruksiyasına aprel ayında başlayıb.
Məlumata görə, O.Nilsson kəllə sümüyünün 3D çap edilən nüsxəsinə müxtəlif uzunluqlu sancaqlar yapışdıraraq üzün anatomik nöqtələrində toxuma qalınlığını müəyyən edib. O, daha sonra bu sancaqların üzərinə xüsusi gildən hazırlanan əzələlər əlavə edib.
Daha sonra üzün cizgilərini və toxumasını real göstərmək üçün göz bəbəkləri, qırışlar, məsamələr və mümkün travmalar nəticəsində yaranan çapıqları nəzərə alaraq əlavə təbəqələr tətbiq edib. İşin son mərhələsində heykəl silikona batırılıb və saç, kirpiklər və qaşlar əlavə olunub.