Avropa ilə əməkdaşlıq genişləndiriləcək?
"ABŞ NATO-dan çıxmaq niyyətində deyil, minlərlə Amerika əsgəri Alyansın missiyalarına göndərilib".
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Slovakiyanın Baş naziri Robert Fitso ilə Bratislavada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Biz NATO-dan çıxmırıq. Bir ölkədən digərinə bir neçə min əsgər göndərə bilərik, amma bu, həmişə belə olub", – deyə o, Avropada yerləşən ABŞ Silahlı Qüvvələrinin bölmələrinin sayının azalması ilə bağlı xəbərlər fonunda Birləşmiş Ştatların NATO-dakı statusu haqqında suala cavabında deyib.
Rubio əlavə edib ki, ABŞ Avropa ölkələrinin Alyansa artan təsirini müsbət inkişaf kimi görəcək və Avropanı tabe deyil, tərəfdaş kimi görmək istəyir.
"Biz Avropadan ABŞ-nin vassalı olmasını istəmirik. Biz tərəfdaş olmaq, Avropa ilə işləmək istəyirik", – deyə ABŞ dövlət katibi bildirib.
#ABŞ teqi istifadə olunub
- ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV
- İran hakimiyyətində böyük parçalanma: Pezeşkianla SEPAH açıq qarşıdurmaya keçir? - AKTUAL GÜNDƏM
- Biz İranla danışıqlar aparmaq istəmirik | Donald Tramp - Baku TV
- İranın telekommunikasiya sistemi məhv edilib? | "Tezliklə dəyişikliklər olacaq"- Baku TV
- Trampdan müharibə ilə bağlı açıqlama | Kimə qarşı hərbi koalisiya yaradıldı? - Baku TV
