Avropa Komissiyasının rəhbərindən xəbərdarlıq
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Avropa İttifaqının gec-tez Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edəcəyinə əminliyini bildirib.
O bu barədə Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
“Sanksiyalar yekdilliklə qəbul edilməlidir və təbii ki, bu prinsip dəyişməyəcək. Biz 19-cu sanksiya paketi üzərində kifayət qədər uğurla işlədik. Bu proseslərin heç biri sadə olmayıb, lakin əvvəlki paketin təcrübəsinə əsaslanaraq, əminəm ki, biz 20-ci paketi də qəbul edəcəyik”, – deyə Fon der Lyayen bildirib.
Qeyd edək ki, yeni paket Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağanı, ixrac məhdudiyyətlərinin gücləndirilməsini, kölgə donanmasına qarşı sanksiyaların 43 gəmi ilə genişləndirilməsini və sanksiyalardan yayınmaya qarşı tədbirləri əhatə edəcək.
Aİ həmçinin 360 milyon avrodan çox dəyərində avadanlıq və xidmətlərin ixracına məhdudiyyətlər tətbiq etməyi, üçüncü ölkələrdəki bir sıra bankların sanksiya altında olan malların qeyri-qanuni ticarətində iştirakını bloklamağı və kriptovalyutalara qarşı tədbirlər görməyi planlaşdırır.
#Avropa Komissiyası teqi istifadə olunub
- Avropa Komissiyasının sədrindən Yaxın Şərqdəki münaqişə ilə bağlı açıqlama - Baku TV CANLI
- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu - Baku TV
- Cənub Qaz Dəhlizinin strateji rolu vurğulanıb - Baku TV
- Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğuladı - Baku TV
- Avropa enerji məsələsinə görə narahatdır
