Avropa ölkələrinin imkanları tükənib?
NATO və Avropa İttifaqının Kiyevə dəstək bəyanatlarına baxmayaraq, Ukraynanın Avropadakı müttəfiqləri son aylarda bu ölkəyə göstərilən hərbi yardımı nəzərəçarpacaq dərəcədə azaldıb.
Bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda yalnız bir neçə Avropa ölkəsi Ukraynaya hərbi yardım göstərməkdə davam edir. “Digərləri ya imkanlarını tükədiblər, ya da yardım göstərməyə artıq həvəsli deyillər”, – deyə məqalədə bildirilir.
Polşanın Baş naziri Donald Tusk isə Tramp-Zelenski arasında keçirilən görüşdən sonra Avropanın Ukraynaya həmrəyliyinin vacibliyini vurğulayıb. Tusk bu barədə “X” hesabında yazıb.
Qeyd edək ki, V.Zelenski ABŞ Prezidenti ilə görüşdən sonra “istəklilər koalisiyası”na daxil olan əsas Avropa tərəfdaşları, həmçinin Aİ rəhbərliyi və NATO baş katibi ilə də məsləhətləşmələr aparıb.
#NATO teqi istifadə olunub
- "İlham Əliyevin və Azərbaycanın bütün səylərini alqışlamaq istərdim" | Peter Pelleqrini - Baku TV
- Rusiyaya qarşı yeni silah | ABŞ İranda hamının "gözdən qaçırdığı" hədəfi niyə vurdu? - YEKUNLAŞDIRAQ
- "NATO üçün ən böyük təhlükə..." | Dünya gözlənilməz ssenarilərlə üz-üzə - Baku TV
- İran üçün yeni risk: NATO əməliyyatlara qoşulacaq? - AKTUAL GÜNDƏM
- Ərdoğan medianın suallarını cavablandırıb
