Ayda salınan bostanın Yer planetinə hansı faydaları olacaq?
Avstraliyanın Ayda bitkiləri yetişdirmə üzrə “Lunaria One” startapı ABŞ-nin özəl kosmos şirkətlərindən biri ilə 2025-ci il üçün planlaşdırılan missiyasında iştirak edəcək.
“Lunaria One” tərəfindən hazırlanan toxum və bitkilərlə dolu kapsul Ay moduluna yerləşdiriləcək. Modul 380 min kilometr məsafə qət edərək Yerin təbii peykinin səthinə çatmalıdır.
Araşdırma bitkilərin uzunmüddətli saxlanma, yüksək təzyiq və mənfi 130-dan müsbət 120 dərəcəyə qədər temperatur dəyişiklikləri də daxil olmaqla sərt kosmik şəraitə uyğunlaşmasını öyrənməyə şərait yaradacaq. Bundan əlavə, fotosintez edən orqanizmlərin yaşaya və böyüyə biləcəyi şərtləri müəyyən etməyə imkan verəcək.
Alimlər həmçinin bildiriblər ki, kənd təsərrüfatındakı kosmik innovasiyalar Yerdə də, məsələn, təbii və ya texnogen fəlakətdən sonra ərzaq yetişdirilməsi üçün də istifadə oluna bilər.