Ayılar arasında maraqlı müsabiqə | Qalibi görün necə seçirlər
Alyaskadakı (ABŞ) Katmay Milli Parkı və Qoruğunda hər il keçirilən Kök Ayı Həftəsi başa çatıb.
Müsabiqədə ötən ilki kimi, bu il də “Qreyzer” adlı ayı qalib gəlib. Bu kök nəhəng, uzunmüddətli rəqibi və acgözlüyü ilə qoruğun tarixinə düşən Çank da daxil olmaqla digər iştirakçıları geridə qoyaraq çəki artırmaqda bacarıqlarını yenidən nümayiş etdirib.
İctimaiyyətin səsverməsi ilə müəyyən edilən müsabiqə Katmaydakı qonur ayıların uğurlu yaşamasının simvolu hesab edilir.
“Bu bayram heyvanların dözümlülüyünü, uyğunlaşma qabiliyyətini və gücünü vurğulayır”, – deyə təşkilatçılar qeyd ediblər.
Alyaska qonur ayıları nəhəng ölçüləri ilə tanınır. Erkəklər 600 kiloqramdan çox çəkiyə malik ola bilər ki, bu da onları dünyanın ən böyük quru yırtıcılarından biri edir. Bu kütləni toplamaq üçün ayılar böyük miqdarda qida qəbul edir, əsasən də Alyaska çaylarında bol olan qızıl balıqla qidalanır.