Viktor Orban Ukraynada atəşkəsə ümidlidir
“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək:
“Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”.
V.Orban həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir:
“Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib-etməmək barədə məsuliyyət daşıyır”.
Baş nazirin fikrincə, ABŞ-də Donald Trampın hakimiyyət dövrünün başlanması Ukraynadakı müharibəyə də təsir edəcək. Siyasətçinin sözlərinə görə, artıq insanlar müharibədən, sanksiyalardan beziblər.
Qeyd edək ki, Zelenski daha əvvəl Macarıstanın vasitəçiliyindən imtina etdiyini bildirib.