Pleyeri seçin:
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran hücumlarından sonra Hörmüz boğazının güc tətbiq etməklə açılması məsələsində ABŞ və digər müttəfiqlərə dəstək verməyə hazırlaşdığı bildirilir.
Bu barədə “The Wall Street Journal” qəzeti ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Əbu-Dabi bu məqsədlə BMT Təhlükəsizlik Şurasında belə addımlara icazə verən qətnamənin qəbul olunmasına çalışır. Bildirilir ki, BƏƏ diplomatları ABŞ ilə yanaşı, Avropa və Asiyanın hərbi gücə malik ölkələrini də boğazın açılması üçün koalisiya yaratmağa çağırırlar.
Eyni zamanda BƏƏ nümayəndəsi qəzetə bildirib ki, İran hakimiyyəti özünü mövcudluq uğrunda mübarizə apardığını düşünür və boğaz üzərində nəzarəti saxlayaraq qlobal iqtisadiyyatı boğmağa hazırdır.
Kopyalandı
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- İran ikinci dəfə "xəyanətkar qonşu" mesajı verdi və Körfəz ölkələrini hədəfə aldı - AKTUAL GÜNDƏM
- "Masdar"ın direktoru şirkətlər arasındakı əməkdaşlıqdan danışıb - Baku TV
- “Dərhal bu əraziləri tərk edin” | SEPAH
- BƏƏ-nin İraqdakı konsulluğu həftə ərzində ikinci dəfə vuruldu
- 200-ə yaxın Azərbaycan vətəndaşı BƏƏ-dən Bakıya təxliyə edildi - Baku TV
